Menu

Türkiyə bu silaha 2026-cı ildə sahib olacaq

07.01.2016, 20:43
Türkiyə bu silaha 2026-cı ildə sahib olacaq

Türkiyənin raketdən müdafiə sistemi 5-10 il ərzində yaradılacaq.Axar.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi katibi İsmayıl Dəmir Müdafiə Şurasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xarici dövlətlərin raketdən müdafiə sistemlərini əldə etməsi ilə bağlı elan edilən tenderlər ləğv edilib:

“Milli layihəyə start verdik. Tenderləri ləğv etdik. Burada əsas məsələ ondan ibarətdir ki, biz “Patriot” sistemlərindən daha yaxşı bir sistem qurmağa hazırlaşırıq. “Bu layihə 3 il ərzində bitəcək”, - desək yanılmış olarıq. Bu 5-10 il ərzində həyata keçirə biləcəyimiz layihədir. Digər ölkələrdən müəyyən qədər asılı olmamaq üçün xaricdən müdafiə sistemləri almadıq. Çünki həmin sistemlərin 4 ildən bir yenilənməyə ehtiyacı var”, - İsmayıl Dəmir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol