Menu

Azərbaycan nüvə sınağına şeirlə etiraz etdi

08.01.2016, 09:54
Azərbaycan nüvə sınağına şeirlə etiraz etdi

Rəsmi “Azərbaycan” qəzetində xalq şairi Fikrət Qocanın “Nüvə silahına və sınağına - YOX!!! – deyirik” adlı şeiri dərc edilib. “Report”a istinadən həmin şeiri təqdim edirik:

Allah tozanağı yoğurdu-yapdı,

Kainat qoynunda cənnət yaratdı,

Bizi də cənnətin qoynuna atdı.

Sonra nə eylədik, biz eylədik, biz!

Göz açdıq, nə gördük, söz eylədik biz.

Zəmzəm suyumuzu buz eylədik biz.

Yorduq torpaqları duz eylədik biz,

Bu xaos dünyada meydan sulasa,

Cənnəti yenidən toz eylərik biz!

Xatırladaq ki, yanvarın 6-da Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Bu isə dünyanın əksər dövlətlərinin, o cümlədən ABŞ, Rusiya, Cənubi Koreya, Yaponiya, Avstraliya və s. dövlətlərin narazılığına səbəb olur.

Qeyd edək ki, bu gün Şimali Koreyanın rəhbəri Kim Çen Inın doğum günüdür. Lakin onun neçə yaşının tamam olması dəqiq bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol