Menu

Bu bank xidmət haqqını 10 dəfə artırdı

08.01.2016, 16:20
Bu bank xidmət haqqını 10 dəfə artırdı

"Rabitəbank" ASC müştərilər üçün kartlarla əməliyyatlar üzrə konvertasiya haqqını 5%-ə qaldırıb. Beləliklə də vəsaitlərin digər valyutaya konvertasiya haqqı 10 dəfə artıb.

"Dəyişiklik bu gündən qüvvəyə minib. Bu, bütün əməliyyatlara aiddir", - deyə Bankdan bildirilib

Bu günədək vəsaitlərin digər valyutaya konvertasiya haqqı 0,5% təşkil edib.

Bildirək ki, "Rabitəbank"da dollar satışı da dayandırılıb. Bankın dollar üçün müəyyənləşdirdiyi alış-satış məzənnələri isə müvafiq olaraq 1,57 AZN/USD və 1,75 AZN/USD təşkil edir. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol