Menu

“Almaniya  “dondurulmuş” münaqişələrə diqqət ayıracaq”

11.01.2016, 11:17
“Almaniya  “dondurulmuş” münaqişələrə diqqət ayıracaq”

“Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq”.

APA-nın məlumatına görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib. O bildirib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq: “Almaniya sədrliyi “dondurulmuş” adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq”.

Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət yetirəcəyini söyləyib: “Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol