Məlum olduğu kimi, bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub. Belə ki, komitənin Balakən Gömrük İdarəsinin rəisi işləmiş Baba Salayev Baş İdarənin rəhbəri təyin edilib. Bundan əvvəl Baş İdarənin rəisi işləmiş general-mayor Güloğlan Muradlı isə rəis müavini təyin olunub.
Komitədən bildirilib ki, bu adi prosedur qaydadır: “Bu, Komitə daxilində adi yerdəyişmədir və mütəmadi olaraq baş verir”.
Bunula belə, general-mayor Güloğlan Muradlının rəis olduğu idarədə müavin vəzifəsinə keçirilməsi KİV-lərdə onun "vurulması" kimi qiymətləndirilib. Bir neçə saytda isə onun bu generalın "vurulmasının" səbəbi kimi maraqlı bir versiya irəli sürülüb. Bildirilib ki, G.Muradlı AXCP sədri Əli Kərimlinin qrup yoldaşı olub, istisna deyil ki, onunla əlaqələrinə görə cəzalandırılıb.
Əli Kərimlinin bir digər tələbə yoldaşı, deputat Fazil Mustafa Feysbukda yazdığı postunda G.Muradlının Əli Kərimli və onunla qrup yoldaşı olduqlarını təsdiqləsə də, saytların bu məqamı qabartmasına etirazını bildirib. AzPolitika.info F.Mustafanın postunu təqdim edir:

V.Nəsibov
AzPolitika.info


Şərhlər