Menu

Bahalaşmaya görə mağaza müdirini tutdular

14.01.2016, 19:14
Bahalaşmaya görə mağaza müdirini tutdular

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında həyata keçirilən tədbirlər nəticəsində Bərdə Çörək Kombinatının mağaza müdiri İlqar Həsənov saxlanılıb.

O, son günlər respublikada manatın məzənnəsində baş verən dəyişiklikdən istifadə edərək süni qiymət artırmaqda təqsirləndirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında respublikada süni qiymət artımı yaradan şəxslərə qarşı qanuni tədbirlərin görülməsi barədə tapşırıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol