Menu

Tanınmış təhsil eksperti sayt təsis etdi (TƏQDİMAT)

16.01.2016, 23:56
Tanınmış təhsil eksperti sayt təsis etdi (TƏQDİMAT)

etibar_1Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev təhsil və elmə aid tehsilelm.info saytını təsis edib.

Tehsilelm.info saytı təhsil sahəsində aparılan islahatların işıqlandırılması, şərhi, tanınmış şəxslərin yazılarını, dünya təhsilində baş verən dəyişikliklər haqqında bilgilərin dərcinə üstünlük verəcək. Elm sahəsində mühüm məlumatlar, elm adamlarının dialoqu, Azərbaycanda elmi tədqiqatların vəziyyəti istiqamətində yazılar da saytda yer alacaq.

Saytda həmçinin elm və təhsil sahəsində dərc olunmuş maraqlı ədəbiyyatların təqdimatı aparılacaq. Saytın maraq kəsb edən bölümlərindən biri Nobel prize bölümüdür. Burada elm sahəsində Nobel mükafatçılarının tədqiqatları, onların kitabları haqqında məlumatlar və dialoqlar yerləşdiriləcək.

Saytın təsisçisi E. Əliyev deyir ki, tehsilelm.info saytı bütün təhsil işçiləri və elm adamlarının üzünə açıqdır: “Biz onların təqdim etdikləri aktual və maraqlı məqalələrin çapına hazırıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol