Menu

Bakıda univermaq çöküb: dağıntı altında qalanlar var - VİDEO

26.01.2016, 16:28
Bakıda univermaq çöküb: dağıntı altında qalanlar var - VİDEO

 Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verən dağıntı altında qalan iki nəfər təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından Trend-ə verilən məlumata görə, onların hər ikisi kişidir. Həmin şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyi də Trend-ə açıqlamasında dağıntılar altından yalnız iki nəfərin çıxarıldığını açıqlayıb.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, həmin şəxslər Elşad Abdullayev və Bəhruz Məmmədovdur.

Qeyd edək ki, dağıntının univermağın köhnə damına qar örtüyünün yığılması və damın bu ağırlığa tab gətirməməsi səbəbindən baş verdiyi bilidirlir.

***

Bakıda univermaq çöküb. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.

Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol