Menu

"Karvan" ticarət mərkəzində icarədarlar aksiya keçirir - Rəhbərlikdən təcili güzəşt

28.01.2016, 12:22
"Karvan" ticarət mərkəzində icarədarlar aksiya keçirir - Rəhbərlikdən təcili güzəşt

Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirir. Xeberle.com məlumat verir ki, səhər saatlarında başlayan aksiyaya səbəb ticarət mərkəzində icarə haqlarının çox olması ilə bağlıdır. Hadisə yerinə şəhər icra başçısının müavini Akif Quliyev, Ticarət departamentinin məsul şəxsləri də hadisə yerindədir.

Əldə etdiyimiz son məlumata görə artıq "Karvan" TM-in rəhbərliyi aksiyaçılara güzəştə gedib. Rəhbərlikdən bildiriblər ki, icarədarlar növbəti 3 ay ərzində 50 faizlik güzəşt əldə edir və vergilərdən azad olunurlar. lakin buna inanmayan icarədarlar hələ də aksiyanı davam etdirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol