Menu

AMEA Rəyasət Heyətinin binası üzərindəki sovet elementləri dəyişdiriləcək

29.01.2016, 11:33
AMEA Rəyasət Heyətinin binası üzərindəki sovet elementləri dəyişdiriləcək

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binası üzərində sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi ilə bağlı müraciətimizə cavab verilib”.

Bunu APA-ya açıqlamasında AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademikin sözlərinə görə, AMEA-nın müraciətinə cavab olaraq bildirilib ki, Rəyasət Heyətinin binası üzərində sovet dövrünə aid elementlər dəyişdiriləcək: “Bizim müraciətimizə cavab verilib. Sadəcə, bunun üçün bir qədər maliyyə vəsaiti ayrılmalıdır. Ona görə də gözləmək lazımdır ki, maliyyə vəsaiti ayrılsın”.

Qeyd edək ki, ötən il bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol