Menu

ABŞ Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

04.03.2014, 10:35
ABŞ Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

ABŞ hökuməti Ukraynaya hərbi təcavüz edən Rusiya ilə ticarət-investisiya danışıqlarını və hərbi əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib.

APA-nın “Russian Today” nəşrinə istinadən verdiyi məlumata görə, ticarət və investisiyalar sahəsində əməkdaşlığın kəsildiyini ABŞ-ın ticarət nümayəndəsinin idarəsindən bəyan ediblər. “Biz Rusiya ilə ikitərəfli ticarət və investisiya əməkdaşlığını dayandırdıq”, - deyə idarənin bəyanatında bildirilir.

Bundan başqa, ABŞ Müdafiə Nazirliyi – Pentaqon da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb. Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi ABŞ-Rusiya hərbi əməkdaşlığının dayandırıldığını elan edib. O, birgə təlimlər və qarşılıqlı səfərlərin bundan sonra gerçəkləşməyəcəyini, hərbi sahədə Rusiya ilə ikitərəfli danışıqların və planlaşdırılan konfransların baş tutmayacağını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol