Menu

Bakıda güclü külək fəhləni binadan atıb

08.02.2016, 11:57
Bakıda güclü külək fəhləni binadan atıb

Bakıda tikintidə faciə baş verib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, yeni inşa olunan binada qeydə alınıb. Tikintidə fəhlə işləyən, 1990-cı il təvəllüdlü Nicat Səhrad oğlu Mehdiyev binadan yıxılaraq ölüb.

İlkin məlumata görə, fəhlə güclü külək nəticəsində binadan yıxılıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol