Menu

Azərbaycan Türkiyədən zirehli kater alıb

06.03.2014, 15:00
Azərbaycan Türkiyədən zirehli kater alıb

Azərbaycan Türkiyənin «Nektonbot» şirkətindən «SHARK PEY-014» tipli zirehli kater alıb.

APA-nın şirkətə istinadən verdiyi məlumata görə, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən alınmış kater yüksək manevr qabiliyyətinə sahib olmaqla yanaşı, sərt hava şərtlərində belə dənizdə qala bilir.

Katerin sərnişin kabinəsi kapitan da daxil olmaqla, 9 nəfər tutur.

Uzunluğu 14 metr olan katerin sürəti 40 dəniz milidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol