Menu

Moskvada bomba həyəcanı: iri ticarət mərkəzləri boşaldılır

18.02.2016, 22:06
Moskvada bomba həyəcanı: iri ticarət mərkəzləri boşaldılır

Rusiyanın paytaxtı Moskvada bomba həyəcanı yaşanır. Musavat.com xəbər verir ki, şəhərin iri mağazaları boşaldılır. “İnterfaks” agentliyinin məlumatına görə, Moskvanın mərkəzindəki MUM-da (Mərkəzi univermaq) müştərilər və işçilər təxliyə edilir. Hüquq-mühafizə orqanları MUM-a partlayıcı qoyulması barədə məlumatı yoxlayırlar.

RİA “Novosti” isə xəbər verir ki, “Aşan” şəbəkəsinin 9 mağazasından 5-inə də bomba qoyulması xəbərdarlığı daxil olub. Mağazalardan hamısı boşaldılıb, kinoloqlar axtarış aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol