Menu

"NATO Rusiya ilə hərbi toqquşmadan çəkinməlidir" - XİN BAŞÇISI

20.02.2016, 12:18
"NATO Rusiya ilə hərbi toqquşmadan çəkinməlidir" - XİN BAŞÇISI

Lüksenburq NATO-nu Rusiya ilə toqquşmadan çəkinməyə çağırıb!

Xarici KİV-in məlumatına görə, Lüksenburqun xarici işlər nazirliyi NATO-nu ehtiyatlı davranmağa və Türkiyəyə görə, Rusiya ilə qarşıdurmaya getməməyə çağırıb. Ölkənin xarici işlər naziri xatırladıb ki, alyans üzvlərinə qeyd-şərtsiz köməkliyin göstərilməsi öhdəliyi yalnız o zaman qüvvəyə minir ki, «NATO üzvlərindən biri açıq-aşkar təcavüzə məruz qalmış olsun».

Rusiya ilə hipotetik hərbi münaqişənin baş verəcəyi təqdirdə, Türkiyə NATO-nun qeyd-şərtsiz dəstəyinə ümid edə bilməz. Alyans çərçivəsində hərbi dəstək öhdəliyi yalnız o zaman qüvvəyə minir ki, üzvlərdən birinin ərazisinə birbaşa təcavüz baş vermiş olsun. Belə bəyanatla «Der Spieqe» jurnalında dərc olunmuş məqaləsində Lüksenburqun xarici işlər naziri Jan Asselborn çıxış edib.

O, daha sonra deyib: «Bu yaxınlarda Rusiya və Türkiyə arasında yaşanan gərginliyə görə, NATO Rusiya ilə hərbi qarşıdurmaya getməkdən çəkinməlidir»

«Münaqişənin dərinləşməsinin qarşısını almaq üçün NATO üzrə müttəfiqlər Türkiyə hökumətinə işarə verdilər ki, Türkiyə silahlı qüvvələrinin Suriya ərazisinə zərbələr endirməsi Rusiya ilə toqquşmaya gətirib çıxaracağı təqdirdə, Türkiyə tərəfi alyansın dəstəyinə ümid etməyə bilər» - deyə, «Şpigel» öz tərəfindən əlavə edir.

Bundan başqa, jurnal adı açıqlanmayan almaniyalı diplomatdan sitat gətirir: «Biz, türklər tərəfindən məqsədli şəkildə başlanacaq müharibəni «yoluna qoymaq» fikrində deyilik».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol