Menu

Suriyada atəşkəslə bağlı ilkin razılıq əldə olundu

21.02.2016, 19:09

John KerryABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər.

Bu haqda Kerri fevralın 21-də Əmmanda İordaniyanın xarici işlər naziri Naser Cüdeh ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Kerri deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər.

ABŞ dövlət katibi onu da deyib ki, Barak Obama və Vladimir Putin növbəti günlərdə bununla bağlı söhbət edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol