Xarici KİV-in məlumatına görə, Yaponiyanın All Nippon Airways aviaşirkətinə məxsus «Boeinq 787 Dreamliner» tipli sərnişin təyyarəsi sağ mühərrikində yaranmış problem səbəbilə bu gün Kuala-Lumpura aeroportuna məcburi eniş edib. Məlumatı Bloomberg agentliyi yayıb.
Təyyarə 816 saylı reyslə Malayziya paytaxtından Tokioya uçurmuş. Agentliyin məlumatına görə, 9 kilometr yüksəklikdə uçarkən xəbərverici cihazlar laynerin sağ mühərrikində yanma qazının temperaturunun yolverilməz həddə yüksəldiyini göstərib. Pilotlar məcburiyyət qarşısında mühərriki söndürüb, bir mühərriklə təyyarəni elə havaya qalxdığı aeroporta endiriblər. Təyyarədə olan 203 sərnişindən və 11 ekipaj üzvündən heç biri xəsarət almayıb.
AzPolitika.info


Şərhlər