"16 dekabrda namazdan sonra bütün banklar bağlandıqdan sonra Gökhan Şükür əlində 4,5 milyon dollarla "Xalq" bankın müdirinin evinə gəlmişdi"
AKP millət vəkili Əli Gültəkin Qılınc Hakan Şükür haqqında iddia irəli sürüb.
Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Əli Gültəkin Hakan Şükür və qardaşı Gökhan Şükürün "Rüşvət" əməliyyatının ssenarisini yazanlarda olduğunu deyib.
Gültəkin açıqlamasında "16 dekabrda namazdan sonra bütün banklar bağlanmışdı. Ancaq Hakan Şükürün qardaşı Gökhan Şükür əlində 4,5 milyon dollarla "Xalq" bankın müdirinin evinə gəlmişdi. Hakan Şükür isə bu hadisəyə vasitəçilik edib. Pullar unversitet tikmək üçün yığılan pullar olub. 1 gün sonra banka köçürülməli idi. 17 dekabr səhər bank müdirinin evinə hücum təşkil olunudu. Əslində sirr kimi saxlanılmalı xəbərlər mediya göndərildi. Bunun bir səbəbi var idi, o da Türkiyənin inkişafının, şaxə qalxmasının qarşısını almaq"- deyib.


Şərhlər