Menu

Tanınmış YAP-çı yeni sayt təsis etdi, Elmar Hüseynovun yazısını paylaşdı

26.02.2016, 15:36
Tanınmış YAP-çı yeni sayt təsis etdi, Elmar Hüseynovun yazısını paylaşdı

Sabiq YAP-çı deputat və hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu, bir neçə illik fasilədən sonra jurnalistikaya geri dönüb.

“AzPolitika”ya daxil olan məlumata görə, o, bundan sonra fəaliyyətini onlayn mediada davam etdirəcək. Belə ki, A.Həsənoğlu “28-may.az” adlı yeni internet saytını təsis edib.

Sayt fevralın 25-dən fəaliyyətə başlayıb.

Maraqlıdır ki, “28-may.az” fəaliyyətə başlar-başlamaz, müəllif yazıları bölməsində qətlə yetirilmiş jurnalistin – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məqalələrindən birini təkrar paylaşıb...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol