Menu

Səfirdən Ərdoğanın səfəri ilə bağlı açıqlama

26.02.2016, 17:09
Səfirdən Ərdoğanın səfəri ilə bağlı açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən yaxın zamanda Azərbaycana səfər edəcək.

Report xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərkən verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, səfər dövlət başçısının qrafikində boş vaxt olan kimi reallaşacaq.

Xatırladaq ki, R.T.Ərdoğanın Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirakla bağlı Bakıya səfəri fevralın 18-də baş tutmalı idi, ancaq bu səfər fevralın 17-də Ankarada törədilmiş terror hücumu səbəbindən təxirə salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol