Menu

ABŞ iqtisadi islahatlara dəstəyə hazırdır

28.02.2016, 10:48
ABŞ iqtisadi islahatlara dəstəyə hazırdır

ABŞ Azərbaycanda aparılan iqtisadi islahatlara dəstək göstərməyə hazırdır.ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta fevralın 27-də iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə belə deyib.

Nazirliyin mətbuat xidməti bildirir ki, R.Cekuta Azərbaycanda həyata keçirilən islahatları izlədiklərini bildirib. O deyib ki, ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var.

Səfir Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasının əhəmiyyətini qeyd edərək, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə bu qurumun fəaliyyətinin dəstəklənəcəyini bildirib.

Nazir Ş.Mustafayev isə iqtisadiyyatın bir çox sahələrində ABŞ-la əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Nazirin deməsinə görə, xüsusilə bura dərman vasitələrinin, suvarma avadanlıqlarının istehsalı, neft maşınqayırması və neft-kimya sahələrini ayırd etmək olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol