Menu

AVRO-2016-nın oyunları təxirə salına bilər

02.03.2016, 00:47
AVRO-2016-nın oyunları təxirə salına bilər

Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb terrorla bağlı təhdidlərdir.

“Hələ ki mümkün təhdidlərə dair məlumatımız yoxdur, lakin hər şeyə hazır olmalıyıq”, - deyə UEFA nümayəndəsi bildirib.

Xatırladaq ki, ötən il, noyabrın 13-də Fransa-Almaniya matçı keçirildiyi anlarda Parisdə bir neçə terror aktı törədilmiş, ümumilikdə 130 nəfər ölmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol