Menu

"KQB dəstələri Ukraynaya göndərilib"

09.03.2014, 21:10
"KQB dəstələri Ukraynaya göndərilib"

"Dnesteryanı Ukrayna ilə sərhədə xeyli qoşun yeridib". Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Aleksey Martınov deyib. O, artıq Ukrayna ilə sərhədə tanınmamış respublikanın xüsusi təyinatlılarının yeridildiyini də bildirib: "Artıq "Dnesteryanı Respublikası"nın sərhəd qoşunları Ukrayna ilə sərhəddədir. Bundan əlavə isə Dövlət Təhlükəsizlik Komistəsinin (KQB - red.) "Dnestr" adlı xüsusi təyinatlı dəstəsi artıq sərhəddə yerləşdirilib"

Ukraynanın hərbi eksperti Dmitri Timçuk isə öz Feysbuk səhifəsində Rusiyanın Dnesteryanıya 700 xüsusi təyinatlını göndərdiyini bildirib.

Qeyd edək ki, "Dnesteryanı Respublikası" Rusiya tərəfindən Moldova ərazisində yaradılmış seperat rejimdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol