Menu

Neft son bir ayın ən baha qiymətinə satılıb

02.03.2016, 14:52
Neft son bir ayın ən baha qiymətinə satılıb

Dünya birjalarında neftin qiyməti OPEC-in hasilatının rekord səviyyədə azalması və qlobal səhm bazarındakı vəziyyətlə əlaqədar son bir ayın ən baha səviyyəsinə çatıb. Bu gün səhər saatlarında “Layt” nefti yanvarın 28-dən bu vaxtadək ən baha qiymətə - 34,76 dollara satılıb. “Brent” neftinin barrel qiyməti isə yanvarın 5-dən indiyədək maksimum həddə - 36,86 dollara çatıb.

"Azərtac" xəbər verir ki, hazırda neftin qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 33,70 dollara, “Brent” nefti isə Londonun İCE birjasında 36,52 dollara satılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol