Menu

Nardarana getmək çətinləşəcək

04.03.2016, 20:14
Nardarana getmək çətinləşəcək

Martın 5-dən başlayaraq Nardaran qəsəbəsinin əsas yollarında hərəkət məhdudlaşdırılacaq.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətin məlumatına görə, bu qəsəbədə aparılan abadlıq-quruculuq işləri əlaqədardır. Su-kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar martın 5-də Abşeron küçəsinin Maştağa-Bilgəh avtomobil yolu ilə kəsişməsinədək qazıntı işləri aparılacaq.

“Azəryolservis” işlərin ilkin mərhələdə 3 gün müddətində davam edəcəyini bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol