Xarici KİV-in yaydığı məlumata görə, əl yükündə uşaq gizlətmiş qadın - təyyarə sərnişini Parisdə saxlanıb. Qadın 4 yaşlı qız uşağını İstambuldan Fransaya gətirib çıxarda bilib («Exo Moskvı»).
Bildirilir ki, uşağı yalnız uçuş zamanı qeydə alıblar. Təyyarə yerə edəndən sonra qadını saxlayıblar. Onun «canlı yük»ü təyyarənin salonuna necə keçirdiyi hələlik qaranlıq qalır. Məlum olanı budur ki, Fransada yaşayan həmin qadın uşağın övladlığa götürülməsi barədə sənədləşməni Haitidə aparıb.
Onun İstambula necə düşməsi də hələlik məlum deyil. Yalnız xəbər verilir ki, uşağın təyyarəyə bileti olmayıb.
AzPolitika.info


Şərhlər