Menu

Daxili işlər nazirinin birinci müavini postu yaradıldı - FƏRMAN

11.03.2016, 18:56
Daxili işlər nazirinin birinci müavini postu yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycanda daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Daxili işlər nazirinin birinci müavini nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad ediləcək.

Daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini nazirin birinci müavininə, o olmadıqda nazir müavinlərindən birinə tapşıra bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol