Menu

Şimali Koreya sualtı qayıqlarından birini «itirib»!

13.03.2016, 21:38
Şimali Koreya sualtı qayıqlarından birini «itirib»!

Xarici KİV-in yaydığı məlumatda deyilir ki, Koreya Xalq Demokratik Respublikası (KNDR) sualtı qayıqlarından birini «itirib». «SNN»-in yaydığı xəbərə görə, hadisə ABŞ və Cənubi Koreyanın böyük miqyaslı hərbi təlimlər keçirdiyi günlərdə baş verib (Exo Moskvı).

Amerikalı hərbçilər əvvəlcə sualtı qayığı, sonra isə Şimali Koerya donanmasının xeyli şübhəli fəallığını qeydə alıblar.

Ehtimal olunur ki, donanmanın gəmiləri sualtı qayığı axtarmaq üçün göndərilib. Hələlik digər təfərrüatlar barədə məlumat yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol