Menu

Müdafiə sənayesi zavodunun kollektivi aclıq aksiyası keçirəcək! - Rusiyada

22.03.2016, 16:37
Müdafiə sənayesi zavodunun kollektivi aclıq aksiyası keçirəcək! - Rusiyada

Rusiya KİV-nin məlumatnı görə, Vladivostok şəhərində yerləşən, müdafiə sənayesinə aid bir zavodun 8 aydır ki, əmək haqqı almayan kollektivi aclıq aksiyası keçirməyə hazırdır (Exo Moskvı).

Aksiyanı keçirmək barədə qərarın yaxın günlərdə veriləcəyi bildirilir. Belə ki, sözügedən zavodun 1000-dən artıq işçisi ötən ilin yayından üzıbəri pul üzünə həsrətdir. Həmin insanlar «Radiopribor» zavodunun işçiləridir. Zavod Uzaq Şərqin müdafiə sənayesi kompleksinə daxil olan aparıcı müəssisələrdən biridir. İnsanlar ən radikal addımlar atmağa - işi dayandırmağa və əmək haqqının ödənilməsini tələb etməyə hazırdırlar.

«Təşəbbüs qrupu aclıq aksiyası təşkil etməyə və bununla da ölkə rəhbərliyinin diqqətini zavoddakı vəziyyətə cəlb etməyə hazırlaşır» - deyə, sexlərdən birinin rəisi olan Aleksey Penkin «İnterfaks»a danışıb.

Onun sözlərinə görə, fəhlələrin davranışı müəssisənin taleyini həll edəcək iclasın qərarından asılı olacaq. Zavodun kollektivə olan əmək haqqı borcu 200 milyon rubldan artıqdır. Müəssisənin direktoru ev dustaqlığı altındadır - istintaqın məlumatına görə, direktor 80 milyon rubldan artıq vəsaiti vergidən yayındırıb. Ona qarşı «səlahiyyətlərindən sui-istifadə» maddəsi ilə istintaq əməliyyatları aparılır. Zavodu müflis olmaq və ya digər müəssisələr tərəfindən «udulmaq» aqibəti gözləyir.

Bölgənin hakimiyyət dairələri zavodu dəstəkləyir.

Redaksiyadan: Xəbər verildiyi kimi, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Suriya əməliyyatlarına ölkəsinin 35 milyard dollar xərc çəkdiyini elan etmişdi. Bəs, 35 milyard dollar büdcə vəsaitini Suriyada «havaya sovuranda» necə olmalıydı ki?

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol