Menu

Ermənistan Avropanın ən hərbiləşdirilmiş ölkəsidir

24.03.2016, 23:05
Ermənistan Avropanın ən hərbiləşdirilmiş ölkəsidir

İsrail, Sinqapur və Ermənistan üçüncü ildir ki, dünyanın ən hərbiləşdirilmiş ölkələri olaraq qalır.

Musavat.com-un məlumatına görə, bu barədə Almaniyadakı Bonn Qlobal Hərbiləşmə İndeksi üzrə Beynəlxalq Konversiya Mərkəzinin yaydığı hesabatda deyilir.

Hesabat hər min nəfər əhaliyə düşən hərbçilərin sayı, hərbi xərclərin və ÜDM-nin nisbəti, hərbi və səhiyyə xərclərinin nisbəti, həmçinin, qoşunların sayı və ağır hərbi texnikanın göstəriciləri əsasında hazırlanır.

Sənədə görə, Ermənistan – Avropanın ən çox hərbiləşdirilmiş ölkəsidir. İkinci yerdə Rusiya, üçüncü yerdə yunan Kipri, dördüncü yerdə isə Azərbaycandır (Azərbaycan 2015-ci ilin axırına 8-ci yerdə olub).

Ermənistan hərbiləşdirilmiş dünya ölkələri arasında üçüncü yerdədir. İsrail və Sinqapur 2007-ci ildən dünyanın iki ən hərbiləşdirilmiş dövləti sayılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol