Menu

Putin: "Ötən il 14,5 milyard dollarlıq silah və hərbi texnika ixrac etmişik"

29.03.2016, 21:04

syria-putin_3458752b2015-ci ildə Rusiya 14,5 milyard dollarlıq hərbi təyinatlı məhsullar ixrac edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin xarici ölkələrlə hərbi-texniki əməkdaşlığa dair prezident komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, bu rəqəm nəzərdə tutulan göstəricidən çoxdur: “Rusiya döyüş silahlarının dünya bazarına çıxarılması baxımından dünya ölkələri arasında ikinci yeri tutur. Bununla yanaşı Rusiya özündən sonrakı ölkələrdən xeyli irəlidədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol