Menu

Ağ Ev Obamanın Ərdoğanla görüşəcəyini təsdiqlədi

29.03.2016, 21:44
Ağ Ev Obamanın Ərdoğanla görüşəcəyini təsdiqlədi

Ağ Ev ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğanın görüşünün gözlənildiyini təsdiqləyib. Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Vaşinqtaonda 31 mart-1aprel tarixlərində keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində Amerika lideri Barak Obama ilə görüşəcək.

Qeyd edək ki, buna qədər “The Wall Street Journal” nəşri iddia etmişdi ki, ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla şəxsi görüşdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol