Rusiya prezidenti Vladimir Putin Azərbaycana silah satışı ilə bağlı yaranan problemlərdən danışıb. O, Nijni Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasını keçirib. Anspress-in “Kommersant” qəzetinə istinadla verdiyi məlumata görə, Putin bildirib ki, problem konkret olaraq BTR-82A zirehli transportyorlarının Azərbaycana göndərilməsi ilə bağlı olub. Lakin qəzet Putinin bu məsələdə məhz nədən narazı qaldığını yazmır.
Putin Nijni Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasında Azərbaycanla bağlanan silah müqavilələrindən də danışıb.
[caption id="attachment_203913" align="alignleft" width="300"]

O bildirib ki, 2011-ci ildə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.
Prezident bildirib ki, ötən il Rusiya 14.5 milyard dollarlıq silah ixrac edib. Rəsmi Moskvaya silah sifarişlərinin miqdarı isə rekord həddə çatıb. Sifarişlərin miqdarı təxminən 52 milyard dollardır.
Bir müddət əvvəl Rusiya ilə Azərbaycan arasında silah qalmaqalının yaşanması ilə bağlı məlumatlar yayılmışdı. Martın əvvəllərində isə Rusiya baş nazirinin müavini, hərb sənayesinə nəzarət edən Dmitri Roqozin Bakıya qəfil səfərə gəlmişdi. Həmin səfər çərçivəsində Roqozin prezident İlham Əliyevlə də görüş keçirib.
Həmin vaxt bəzi Rusiya KİV-i Bakı və Moskva arasında sifariş verilən silah və texnikaya görə ödənişlərin gecikdirilməsini iddia edirdi.
Belə ki, sifariş verilən texnika gəmilərə yüklənərək göndərilib, ancaq pulu ödənilmədiyindən boşaldılmır. Lakin Azərbaycan tərəfi ödənişlərlə bağlı heç bir problem olmadığını bəyan edib.
Xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində deyib ki, problem bəzi silahların texniki parametrlərinin müqavilədə göstərilənlərə uyğun gəlməməsindədir və Roqozin bu problemin tezliklə aradan qaldırılacağına dair vəd verib.
“AzPolitika” dəqiqləşdirib ki, Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var.


Şərhlər