Menu

Narkotik vasitələrin satışı ilə məşğul olan 7 uşaq qeydiyyata alınıb - Azərbaycanda

02.04.2016, 12:00
Narkotik vasitələrin satışı ilə məşğul olan 7 uşaq qeydiyyata alınıb - Azərbaycanda

2015-ci ildə Azərbaycanda narkotik vasitələrdən istifadə edən və narkotik vasitələrin satışı ilə məşğul olan uşaqların sayı açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya bildirib ki, ötən il Azərbaycanda narkotik vasitələrdən istifadə edən və narkotik vasitələrin satışı ilə məşğul olan 7 uşaq qeydiyyata alınıb.

E. Səfərov qeyd edib ki, ötən il 1 nəfər uşaq insan alverinin qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol