Menu

Hüseyn Dərya öldü -VİDEO- YENİLƏNİB

15.03.2014, 12:29
Hüseyn Dərya öldü -VİDEO- YENİLƏNİB

Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib. Bu barədə APA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib. Məlumata görə, Hüseyn Dərya 12:30 radələrində dünyasını dəyişib.

3 saylı şəhər Xəstəxanasında dünyasını dəyişən tanınmış reper Hüseyn Dəryanın meyiti morqa yerləşdirilib. Xəstəxanadan Lent.az-a bildirilib ki, H.Dəryanın ölüm səbəbi aparılacaq eksperizadan sonra dəqiqləşəcək. İlkin olaraq onun daxili orqanlarının zədələnməsi nəticəsində dünyasını dəyişdiyi ehtimal edilir.

 

-------------

Reper Hüseyn Dərya yol qəzasına uğrayıb. APA TV-nin məlumatına görə, Hüseyn Dəryanın idarə etdiyi "Opel" markalı avtomobil Aeroport şossesi ilə yüksək sürətlə hərəkət edərkən idarəetmənin itirilməsi nəticəsində "KamAZ" markalı yük maşınına arxadan çırpılıb.

"KamAZ"ın sürücüsü Kamal Allahverdiyev bunları deyib: "Gedirdim, arxadan vurdu. Düşdüm maşından, onun maşınının qapısını açdım, kömək elədi. Dedi ki, ölmək istəyirəm".

Qəza nəticəsində Hüseyn Dərya xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb.

Həkim Namiq Dəmirçiyev deyib ki, xəstənin vəziyyəti ağırdır: "38 yaşlı Hüseyn Muradov saat 23.20-də ağır vəziyyətdə daxil olub. Müvafiq yardımlar göstərilib. Hazırda müalicəsini reanimasiya şöbəsində davam etdirir".

Faktla bağlı araşdırma apırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol