Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat katibi David Babayan bildirib ki, Türkiyə regiondakı münaqişənin kəskinləşməsinə cəlb olunub.
Musavat.com-un xəbərinə görə, D.Babayan bu sözləri panorama.am saytına açıqlamasında deyib: “Biz hər zaman bəyan etmişik ki, Azərbaycanın bu cür davranışı təkcə onun təşəbbüsü deyil. Böyük ehtmalla onu bəlli qüvvələr, o cümlədən Türkiyə dəstəkləyir”.
Düşmən medianın yazdığına görə, D.Babayan fikirlərini aşağıdakı kimi əsaslandırıb: “Regionda bu cür artım 1994-cü ildən bəri belə olmamışdı. Azərbaycan silahlı qüvvələri cəbhə xəttində ağır silahdan istifadə edirlər".


Şərhlər