Menu

"Tərtərdə 3 nəfər öldürülüb, 6 nəfər yaralanıb" - İcra başçısı

06.04.2016, 11:52
"Tərtərdə 3 nəfər öldürülüb, 6 nəfər yaralanıb" - İcra başçısı

Aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat zamanı Tərtər rayonunda 3 mülki şəxs həlak olub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, bu şəxslər ermənilərin kəndləri ağır artilleriya atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərdir: "Həlak olanlardan 2 nəfəri Tərtər, 1 nəfəri isə Gəncə şəhər sakinidir. Hadisə nəticəsində 6 nəfər Tərtər sakini isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol