Menu

Krımda keçirilən referendumun ilkin nəticələri açıqlandı

16.03.2014, 23:24
Krımda keçirilən referendumun ilkin nəticələri açıqlandı

Seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs verib...

Dünya Krımda keçirilən referendumun ilkin nəticələri açıqlanıb. ANS PRESS-in məlumatına görə, referendumda iştirak edənlərin sayı az olsada, seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər.

Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, səsvermədə iştirak edənlərin yalnız 7 faizi Krımın Ukraynanın tərkibində qalmasını istəyib.

Rusiya tərəfi referendumda ciddi insidentin baş vermədiyini bildirir.

Qeyd edək ki, ABŞ başda olmaqla Qərb ölkələri referendumun nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol