Menu

Erməni tərəfi verdiyi itkilərin daha bir hissəsini açıqladı - 56 ÖLÜ

11.04.2016, 13:28
Erməni tərəfi verdiyi itkilərin daha bir hissəsini açıqladı - 56 ÖLÜ

Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə verdiyi itkilərin sayını açıqlamaqda davam edir.

APA-nın məlumatına görə, qondarma “DQR” müdafiə nazirliyindən RİA "Novosti”yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb.

“Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb”, - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər.

Həmçinin bir erməni hərbçinin hələ də itkin düşmüş hesab edildiyi açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol