Menu

"MilliKart"ın rəhbəri "Unibank"a gətirilib

11.04.2016, 15:46
"MilliKart"ın rəhbəri "Unibank"a gətirilib

"MilliKart" prosessinq mərkəzinə yeni rəhbər təyin olunub.

"APA-Economics" xəbər verir ki, Elnur Məmmədov mərkəzin icraçı direktoru olub.

O, aprelin 8-dən vəzifəsinin icrasına başlayıb. Buna qədər isə E. Məmmədov “MilliKart”ın Strateji inkişaf və marketinq departamentinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, E. Məmmədovdan əvvəl "MilliKart"ın icraçı direktoru Cəlal Orucov olub.

***

"Unibank"da kadr dəyişikliyi baş verib.

"APA-Economics" xəbər verir ki, Cəlal Orucov bankın texnologiyalar üzrə direktoru vəzifəsinə təyinat alıb. C. Qasımovdan öncə bu vəzifəni Asif Nəzərov tutub.

Qeyd edək ki, C. Orucov buna qədər “MilliKart" prosessinq mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol