Menu

Ter-Petrosyan Qarabağdakı separatçı rejimin rəhbəri ilə görüşəcək

13.04.2016, 23:22
Ter-Petrosyan Qarabağdakı separatçı rejimin rəhbəri ilə görüşəcək

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü ilə bağlı razılıq əldə edilib.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, ancaq görüşün yeri və vaxtı hələ ki dəqiqləşdirilməyib.

Aprelin 9-da Levon Ter-Petrosyan evində prezident Serj Sərkisyanla görüşərək Dağlıq Qarabağdakı son döyüşlərlə bağlı fikir mübadiləsi aparıb. Ermənistanın ikinci prezident Robert Köçəryan isə Sərkisyanla görüşmək niyyətində olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol