Menu

İran Rusiyadan Azərbaycan ordusundakı tanklardan alır

15.04.2016, 22:13
İran Rusiyadan Azərbaycan ordusundakı tanklardan alır

İranın müdafiə naziri Hüseyn Dehqan Moskvaya səfərə gedəcək. ANS PRESS-in məlumatına görə, Dehqan səfəri çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək. İranın Moskva nümayəndəliyindən verilən məlumata görə, Şoyqu və Hüseyn arasında əsasən silah məsələləri müzakirə olunacaq. Görüş zamanı həmçinin Rusiya istehsalı Su-30SM qırıcılarının və T 90 tanklarının alınması məsələsi müzakirə oluna bilər.

İran rəsmisi aprelin 26-28-nə planlaşdırılan səfəri zamanı Təhlükəsizlik Konfransında da iştirak edəcək. İran Rusiya ilə hərbi, siyasi və iqtisadi əlaqələri sanksiyalar götürüldükdən sonra daha da genişləndirməyə başlayıb.

 

Fevral ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana səfərə gedib. O, Tehranda İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqan ilə görüşüb. Səfər zamanı Rusiya prezidenti Vladimir Putinin Həsən Ruhaniyə xüsusi mesaj göndərdiyi bərədə məlumat yayılmışdı. Amma mesajın təfərrüatları mətbuata açıqlanmadı.

Həmin vaxt Rusiya və İran arasında S 300 zenit raket komplekslərinin çatırılması məsələsi müzakirə olunurdu. Hələ 2007-ci ildə Rusiya və İran arasında S-300-lərin çatdırılması barədə 900 milyon dollarlıq müqavilə imzalayıb. Lakin BMT təhlükəsizlik Şurasının 9 iyun 2010-cu ildə qəbul etdiyi qətnamədən sonra İranla hərbi texniki əməkdaşlığa son qoyulub.

Rusiyanın müdafiə naziri Serqey Şoyqu və İran prezidenti Həsən Ruhani arasında görüş

Rusiyanın müdafiə naziri Serqey Şoyqu və İran prezidenti Həsən Ruhani arasında görüş

Rusiya tərəfi S-300-lərin İrana çatdırılması ilə bağlı qadağanı ötən ilin aprelində aradan qaldıra bilib. Aprelin 11 –də İranın xarici işlər naziri Hüseyn Caber Ənsari mətbuata açıqlamasında bildirib ki,  S-300 zenit raket komplekslərinin ilk partiyası İrana daxil olub.

Hüseyn Caber Ənsari -İran xarici işlər naziri

Hüseyn Caber Ənsari -İran xarici işlər naziri

Amma hazırda İranın maraq göstərdiyi  T90 tankları Azərbaycan ordusunda ordusunda da var. Həmçinin 2015-ci ilin əvvəllərindən məlum olub ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol