Menu

Putin Krımın Rusiyaya birləşdirildiyini bəyan etdir - VİDEO

18.03.2014, 15:31
Putin Krımın Rusiyaya birləşdirildiyini bəyan etdir - VİDEO

 İnsanların şüurunda Krım həmişə Rusiyanın ayrılmaz hissəsi olub.

APA-nın məlumatına görə, bunu Rusiya Federasiya Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Onun sözlərinə görə, 1917-ci ildən sonra bolşeviklər Rusiyanın cənubundakı ərazilərin xeyli hissəsini Ukrayna SSR-nin tərkibinə daxil ediblər.

“Bu, yerli sakinlərin milli tərkibi nəzərə alınmadan edilib. Müvafiq qərarı SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşov verib. Bizim üçün vacib odur ki, bu, o vaxtkı qanunların pozulması idi. O vaxt Krımdakı insanları fakt qarşısında qoydular”.

Putin həmçinin Krım tatarları ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, tarixboyu onlara qarşı ədalətsiz davranıblar. “Düşünürəm ki, Krımda 3 rəsmi dil – rus, Ukrayna və Krım-tatar dili olsa, bu daha məqsədəuyğun olardı”.

Danışıqlar aparmaq üçün adam da yoxdur, nazirin qəbuluna düşmək üçün Maydan silahlarından icazə almaq lazımdır”

"Ukraynanın müstəqilliyi dövründə prezidentlər, baş nazirlər, deputatlar dəyişib, lakin onların vətəndaşlara münasibəti dəyişməyib" -  Rusiya prezidenti Vladimir Putin bəyan edib.

O qeyd edib ki, bu insanlar hakimiyyət uğrunda mübarizə aparıb.

Korrupsiyaya qarşı etiraz edən Maydan fəallarını yaxşı anladığını deyən V.Putin Ukraynadakı son hadisələrin arxasında duranların başqa məqsədlər güddüyünü bildirib. Onun sözlərinə görə, bu addımların arxasında faşistlər və rusofoblar dayanıb.

Putin qeyd edib ki, Ukraynada legitim hakimiyyət mövcud deyil. “Danışıqlar aparmaq üçün adam da yoxdur. Hətta nazirin qəbuluna düşmək üçün Maydan silahlarının icazəsi lazımdır. Bu, bu günün reallığıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol