Menu

Azərbaycanın Valyuta ehtiyatı açıqlandı - Son məlumat

20.04.2016, 18:22
Azərbaycanın Valyuta ehtiyatı açıqlandı - Son məlumat

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "Marja"ya bildirilib ki, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 milyard 23,1 milyon manat, büdcə xərcləri isə 1 milyard 946,7 milyon manat təşkil etmişdir.

2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 354,1 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 milyard 660,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılmışdır. 5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılmışdır. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil etmişdir.

NEFT FONDUNDA NƏ QƏDƏR PUL VAR?

2016-cı il aprelin 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 2% artaraq 34 milyard 246,0 milyon ABŞ dollarına bərabər olmuşdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol