Menu

"Türkiyə çox çətin regionda yerləşir" - NATO

21.04.2016, 17:31
"Türkiyə çox çətin regionda yerləşir" - NATO

“Türkiyə çox qeyri-sabit bir regionda yerləşir. Terrorçuluqdan tutmuş, Yaxşın Şərq və Şimali Afrikadakı münaqişlər, Rusiyanın pozucu hərbi hərəkətlərinədək”.

Bunu aprelin 21-də Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, miqrant və qaçqın böhranı Suriya münaqişəsinin nə qədər dinc yolla həllinin vacibliyini göstərir: “Qoşunlarının qismən çıxarıldığını elan etsə də görürük ki, Rusiya Assad rejimini müdafiə eləmək üçün Suriyada geniş hərbi iştirakını saxlayır.Suriyada atəşkəs razılaşması gərginlik altındadır. Amma danışıqlar böhranın dinc yolla həllində ən yaxşı vasitədir”.

Stoltenberq qeyd edib ki, yerli potensialı möhkəmləndirmək terrorçuluqla mübarizədə ən yaxşı silahdır, hansı ki, bunu hər gün Əfqanıstan və Türkiyədə görürük.

Stoltenberq NATO-kı töhvələrinə görə Türkiyəyə təşəkkür bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol