Menu

Sarkisyan Müdafiə Nazirliyini dağıtdı - Generalları qovdu + FOTO

26.04.2016, 14:17
Sarkisyan Müdafiə Nazirliyini dağıtdı - Generalları qovdu + FOTO

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinin rəhbərliyini işdən azad edib.

Virtualaz.org xəbər verir ki, Ermənistan prezidentinin yaydığı məlumata əsasən Sarkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, Baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.

Bu cəza tədbirlərinin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol