Menu

"SOCAR 2015-ci ili mənfəətsiz başa vurub" - Vitse-prezident

27.04.2016, 15:48
"SOCAR 2015-ci ili mənfəətsiz başa vurub" - Vitse-prezident

SOCAR 2015-ci ildə mənfəət əldə etməyib.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: "Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol