Menu

"Qalatasaray" tarix yazdı

27.04.2016, 23:44
"Qalatasaray" tarix yazdı

"Qalatasaray"ın basketbol klubu "Eurocup"un finalında "Strasburq"a 78-67 hesabı ilə qalib gəlib. ANS PRESS-in məlumatına görə, bu uğur Türkiyənin idman tarixində bir ilkdir.

"Sarı-qırmızı" basketbolçular "Eurocup"un finalında Fransanın "Strasburq" klubunu 5 top fərqiylə udmağa nail olacağı halda kuboku başlarının üzərinə qaldıracaqdı. "Abdi İpekçi" idman salonunda keçirilən qarşılaşmada "aslan"lar  daha artığına nail olaraq  kubok qazanıb.

Ergin Ataman

Ergin Ataman

Final görüşü üçün satışa çıxarılan 12 min 500 biletin hamısı öz sahiblərini tapmışdı. Komandanın baş məşqçisi Ərgin Ataman oyun öncəsi fanatlara müraciətinda belə deyib: "Sizin dəstəyinizlə bu sınaqdan üzü ağ çıxacağımıza inanırıq. Amma xahiş edirəm ki, hakimin final fiti səslənmədən çempionluq abu-havası yaratmayın". Bu kubok Ergin Atamanın karyerasında üçüncü belə uğurdur. Ataman Türkiyə millisini də çalışdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol