Menu

Mərkəzi Bank dollar aldı – Bahalaşma gözlənilir

03.05.2016, 13:06

1446558605_dollar-manat-merkezi-bankBu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan verilən məlumata görə, bu vəsaitdən 5,6 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 40 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.

Hərracda tələb təklifə yaxın olduğundan dolların manat qarşısında yüngül bahalaşacağı gözlənilir. Bu gün USD/AZN məzənnəsi 1.5066 səviyyəsində elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol