Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çexiyalı həmkarı Lübomir Zaoraleklə görüşüb.
APA-nın məlumatına görə, bu barədə Çexiya XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, E. Məmmədyarov Çexiyada səfərdədir. O, bu gün Praqada keçiriləcək Vışeqrad qrupu (Çexiya, Macarıstan, Polşa və Slovakiya) və Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Sosial səhifələrdə paylaş


Şərhlər